Politoloq: Ermənistan və Rusiya arasındakı iqtisadi əlaqələr davam edəcək
Ermənistan və Rusiya arasındakı iqtisadi əlaqələr, ən azı yaxın gələcəkdə də davam edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə politoloq Vasili Kuznetsov "SputnikArmenia"-ya bildirib.
O qeyd edib ki, Cənubi Qafqaza Rusiya baxımından bir növ bufer və ya sərhəd kimi baxmaq qəbuledilməzdir.
Bu, ilk növbədə, Rusiya ilə əsrlər boyu əlaqələri olan tərəfdaş dövlətlərdən ibarət bir ərazidir.
Politoloq vurğulayıb ki, Rusiyada Ermənistandakı qədər erməninin yaşaması faktı müəyyən məna kəsb edir.
Bunun öz dəyəri və əhəmiyyəti var. İkincisi, bu, logistika baxımından son dərəcə vacib bir ərazidir. Bu, Şimal-Cənub əlaqəsidir.
20:09 10.04.2026
Oxunuş sayı: 46