Ermənistan TRIPP layihəsi üzrə işlərin tamamlanması üçün üçüncü ölkələrə ehtiyac olduğunu açıqlayıb
TRIPP layihəsi üzərində işlər davam edir və tikinti mərhələsində üçüncü tərəfdaşa ehtiyacımız olacaq.
Crossmedia.az xəbər verir ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bunu estoniyalı həmkarı Marqus Tsaxna ilə keçirdiyi mətbuat konfransında bildirib.
"Əlbəttə ki, müqavilə ikitərəfli olacaq - Ermənistan-ABŞ, lakin həm tikinti mərhələsində, həm də çox güman ki, sistemin idarəetmə mərhələsində tərəfdaşlara ehtiyacımız olacaq."
TRIPP ikitərəfli layihə olsa da, Çindən Portuqaliyaya qədər, yaxın qonşularımızdan danışmasaq da, bir çox ölkənin maraqlarına xidmət edir", - deyə o qeyd edib.
19:19 10.04.2026
Oxunuş sayı: 49