Ukrayna təxribatlarla bağlı xəbərdarlıq edib
Ukrayna Təhlükəsizlik Xidməti bayram günlərində təxribatlar və terror hücumları riski olduğundan Pasxa bayramı zamanı xüsusi sayıqlığa çağırır.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Təhlükəsizlik xidmətinin məlumatına görə, əsas hədəflər böyük izdiham ola bilər.
Onlar sayıq olmağı, təxribatlara uymamağı, "asan pul" təkliflərini qulaqardına vurmamağı və həyəcan siqnallarını laqeyd qoymamağı tövsiyə edirlər.
19:02 10.04.2026
Oxunuş sayı: 51