Budanov açıqladı: Müharibə yaxın vaxtda bitə bilər
Ukraynadakı müharibə çox tezliklə başa çata bilər.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna Prezident Administrasiyasının başçısı Kirill Budanov "Bloomberg"-ə verdiyi müsahibədə deyib.
Prezident Aparatının rəhbəri Rusiya ilə danışıqlarda irəliləyiş gördüyünü və onların uzanmasını gözləmədiyini bildirib:
"Hamı başa düşür ki, müharibəyə son qoyulmalıdır. Bizdən fərqli olaraq, onlar öz pullarını xərcləyirlər. Bunlar çox böyük məbləğlərdir - artıq trilyonlarla ölçülür. Buna görə də danışıqlar aparırlar. Düşünmürəm ki, bu, uzun müddət davam edəcək."
Onun sözlərinə görə, tərəflər hazırda maksimalist tələblər irəli sürürlər, lakin tədricən kompromisə yaxınlaşırlar.
Lakin o, əsas məsələ - ərazi ilə bağlı detalları açıqlamayıb:
"Son qərar hələ verilməyib. Amma indi hamı məqbul olanın həddini aydın başa düşür. Bu, böyük irəliləyişdir."
Eyni zamanda, Bloomberg-in Kremldəki mənbələri iddia edirlər ki, real irəliləyiş az olub: danışıqlar çıxılmaz vəziyyətə düşüb və tərəflər sadəcə qarşılıqlı qəbuledilməz olaraq qalan mövqelər barədə razılığa gəliblər.
18:40 10.04.2026
Oxunuş sayı: 49