İsrail ordusu Hizbullaha qarşı əməliyyatların nəticələrini açıqladı
İsrail Müdafiə Qüvvələri (Israel Defense Forces) Hizbullaha qarşı həyata keçirilən əməliyyatlarla bağlı yeni məlumat yayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, əməliyyatların başlanğıcından bu yana 200-dən çox raket buraxılış qurğusu məhv edilib. Bildirilir ki, zərbələr nəticəsində ümumilikdə təxminən 1300 lülə sıradan çıxarılıb.
İsrail ordusu qeyd edib ki, bu tədbirlər Hizbullahın atəş gücünü zəiflətmək və hücum imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.
Həftə ərzində Hizbullahın “Nasser” bölməsinin artilleriya komandiri Əli Kamel Əvra Elhəsənin öldürüldüyü bildirilib.
Bundan əlavə, müxtəlif sektorlarda fəaliyyət göstərən artilleriya bölmələrinə rəhbərlik edən 15 komandir də daxil olmaqla, ümumilikdə 250-dən çox Hizbullah artilleriyaçısının zərərsizləşdirildiyi qeyd olunub.
İsrail tərəfi əməliyyatların davam etdiyini və Hizbullahın hərbi potensialının zəiflədilməsi istiqamətində addımların sürdüyünü vurğulayıb.
16:08 10.04.2026
Oxunuş sayı: 49