Zelenski: Rusiya aprelin sonuna qədər Donetskdə şəhərləri ələ keçirməyi planlaşdırır
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya aprelin sonuna qədər Donetsk bölgəsində bir sıra strateji şəhərləri ələ keçirməyi hədəfləyib.
Crossmedia.az bu bu barədə xarici mediaya istinadən xəbər verir.
Prezident jurnalistlərlə söhbətində qeyd edib ki, Rusiya komandanlığı qarşısına Pokrovsk, Drujkovka və Konstantinovka şəhərlərini qısa müddətdə ələ keçirmək vəzifəsi qoyub. Zelenski vurğulayıb ki, bu planlar real deyil, lakin Rusiya tərəfi daha əvvəl də oxşar “son tarixlər” müəyyən edib.
Onun sözlərinə görə, bu qiymətləndirmələri Ukraynanın tərəfdaşları, o cümlədən Britaniya kəşfiyyatı da bölüşür və Rusiyanın bu məqsədlərə çatmaq üçün kifayət qədər resurslarının olmadığını hesab edir.
Zelenski əlavə edib ki, ağır itkilərə baxmayaraq, Rusiya səfərbərlik hesabına qoşun sayını artırmaqda davam edir. “Biz bir ay ərzində onların səfərbər etdiyi qədər qüvvəni məhv edirik, lakin buna baxmayaraq, onların ümumi gücü artır”, – deyə o bildirib.
Ukrayna lideri həmçinin xəbərdarlıq edib ki, Rusiya əlverişli şərait yaranacağı təqdirdə hücumları intensivləşdirə bilər və xüsusilə FPV pilotsuz uçuş aparatları ilə zərbələrin artması ehtimalı yüksəkdir.
11:47 10.04.2026
Oxunuş sayı: 53