Daşkənddə Teymurilər dövrü irsinin qorunması məsələləri müzakirə edilib
Özbəkistanın paytaxtı Daşkənddə Əmir Teymurun irsinə həsr olunmuş beynəlxalq elmi konfransın plenar iclaslarının nəticələri təqdim olunub.
Crossmedia.az xəbər verir ki, iştirakçılar Teymurilər dövrünün siyasi tarixi, elmi və mədəni inkişafı məsələlərinin müzakirə edildiyi tematik sessiyalara yekun vurublar.
Özbəkistan Təsviri İncəsənət Qalereyasının nümayəndəsi, akademik Kamola Akilova bildirib ki, əsas bölmələrdən biri Əmir Teymurun dövlət quruculuğunda və islam sivilizasiyasının inkişafındakı roluna həsr olunub. Müzakirələrdə Özbəkistan, Böyük Britaniya, Qazaxıstan və Qırğızıstanın aparıcı alimləri iştirak ediblər. Dövrün mədəni və tarixi irsinə, eləcə də siyasi dayanıqlıq və dövlət quruculuğu məsələlərinə həsr olunmuş məruzələr təqdim edilib.
"O dövrə aid bir sıra əlyazmalar hələlik qismən öyrənilib və bu istiqamətdə böyük iş görülməlidir", - Akilova vurğulayıb.
Sənətşünaslıq İnstitutunun professoru, akademik Akbar Hakimov təqdim olunan araşdırmaların yüksək səviyyəsini qeyd edib, tətbiqi incəsənətin və muzey kolleksiyalarının öyrənilməsinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Teymurilər dövrünün numizmatika irsi xüsusi diqqət cəlb edib.
Arxitektura elmləri doktoru, Sənətşünaslıq İnstitutunun professoru Mavlyuda Yusupova bildirib ki, seksiyalar çərçivəsində fəlsəfə, tarix, müasir texnologiyalar kimi geniş mövzuları əhatə edən 17 məruzə təqdim olunub. O qeyd edib ki, ən maraqlı mövzular arasında Şərq İntibahı ilə bağlı tədqiqatlar, tarixi abidələrin qorunması, həmçinin memarlıq obyektlərinin öyrənilməsi üçün virtual reallıq texnologiyalarından istifadə yer alır.
Hindistan Milli Muzeyinin Əlyazmalar Şöbəsinin nümayəndəsi Sayed Naki Abbas Teymurilər dövrünün əlyazma mədəniyyətinə və onun Hindistanda yayılmasına həsr olunmuş məruzələr barədə ətraflı məlumat verib. O qeyd edib ki, sessiya çərçivəsində Teymurilərin və Baburilərin genealogiyasına dair tədqiqatlar, həmçinin müxtəlif ölkələrin kitabxanalarında saxlanılan nadir illüstrasiyalı əlyazmalar təqdim olunub.
Konfrans regionun tarixi irsinin qorunması və dünya miqyasında tanıdılması məqsədilə təcrübə mübadiləsinin aparılması və strategiyanın hazırlanması üçün mühüm platforma rounu oynayıb.(Report)
11:13 10.04.2026
Oxunuş sayı: 46