Zelenski: Ukrayna Pasxa atəşkəsini dəstəkləməyə hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Pasxa münasibətilə elan olunan atəşkəs təşəbbüsünü dəstəkləməyə hazır olduğunu açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ukrayna mediasının yaydığı məlumata görə, Zelenski bildirib ki, rəsmi Kiyev dəfələrlə qarşılıqlı addımlara hazır olduğunu bəyan edib. Onun sözlərinə görə, Ukrayna bu il də Pasxa bayramı zamanı atəşkəs təklif edib və buna uyğun davranacaq.
Prezident vurğulayıb ki, insanların təhlükəsiz şəraitdə bayram keçirməsi və sülh istiqamətində real irəliləyişin əldə olunması vacibdir. O, həmçinin qeyd edib ki, tərəflərin Pasxadan sonra hücumları bərpa etməmək imkanı var.
Xatırladaq ki, bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə Pasxa atəşkəsi elan edib. Atəşkəsin 11 aprel saat 16:00-dan başlayaraq 12 aprelin günortadan sonrasına qədər qüvvədə olacağı bildirilib.
10:15 10.04.2026
Oxunuş sayı: 203