Ermənistanda Aİ missiyası ilə bağlı iddialar gündəmdə
Ermənistanda fəaliyyət göstərən Avropa İttifaqı missiyasının fəaliyyəti ilə bağlı mübahisəli iddialar yayılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, ölkədəki AB monitorinq missiyasının bəzi üzvləri vaxtlarının böyük hissəsini əyləncə məkanlarında keçirir.
Qəzet iddia edir ki, missiyanın rəhbəri M. Ritter Ermənistandan ayrıldıqdan sonra komandanın fəaliyyəti zəifləyib və onların işə yanaşması dəyişib. Bildirilir ki, müşahidəçilər sərhəd yoxlamaları əvəzinə daha çox istirahətə üstünlük verirlər.
Məlumatda qeyd olunur ki, missiya üzvlərinin müxtəlif restoranlara, saunalara və istirahət məkanlarına baş çəkdiyini əks etdirən fotolar əldə edilib. Onların tez-tez üz tutduğu məkanlar arasında Dahuk restoranı, Xrçit restoranı və Yerevan saunaları göstərilir.
Rəsmi qurumlar tərəfindən bu iddialarla bağlı hələlik açıqlama verilməyib.
10:20 10.04.2026
Oxunuş sayı: 49