İsrail və Livan sülh danışıqlarına başlayır
İsrail və Livan rəsmi olaraq atəşkəs və uzunmüddətli sülh danışıqlarına start verir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İsrail mediasının rəsmi mənbələrə istinadən yaydığı məlumata görə, tərəflər arasında dialoq diplomatik səviyyədə aparılacaq. Danışıqlarda hər iki ölkənin Vaşinqton şəhərində fəaliyyət göstərən səfirləri iştirak edəcək.
Məlumata əsasən, əsas məqsəd bölgədə gərginliyin azaldılması, atəşkəs rejiminin möhkəmləndirilməsi və uzunmüddətli sülh üçün zəmin yaradılmasıdır.
10:06 10.04.2026
Oxunuş sayı: 187