Hakan Fidandan İsrailə qarşı sərt açıqlama
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin regiondakı fəaliyyətlərini kəskin tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Nazir bildirib ki, İsrailin xarici müdaxilələr vasitəsilə regionda geosiyasi ambisiyalarını həyata keçirməsinin qarşısı alınmalıdır. Onun sözlərinə görə, İsrailin Qəzzada həyata keçirdiyi əməliyyatlar hazırda Livanda da təkrarlanır.
Fidan qeyd edib ki, Qəzza zolağı və Livan ərazilərində İsrailin davam edən hücumları yüzlərlə insanın həyatına son qoyur və regionu daha dərin humanitar böhranla üz-üzə qoyur.
Türkiyəli nazir vurğulayıb ki, Livanda İsrail işğalına son qoyulması və mülki şəxslərin qorunması artıq təcili və müzakirə olunmayan prioritetə çevrilib.
10:03 10.04.2026
Oxunuş sayı: 52