Qalibafdan ABŞ və İsrailə sərt xəbərdarlıq
İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf ABŞ və İsrailə yönəlik kəskin açıqlama ilə çıxış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, “X” sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, bölgədə vəziyyət kritik həddə çatıb və “vaxt tükənir”.
Qalibafın sözlərinə görə, Livan və “Müqavimət Oxu” adlandırılan qüvvələr İranın müttəfiqləri kimi atəşkəs prosesinin ayrılmaz hissəsidir. O, həmçinin qeyd edib ki, Pakistanın baş naziri Şahbaz Şərif Livan məsələsini açıq şəkildə gündəmə gətirib və bu mövzuda geri addım üçün yer yoxdur.
İran rəsmisi vurğulayıb ki, atəşkəs rejiminin pozulması ciddi nəticələrə və güclü cavab tədbirlərinə səbəb olacaq. O, tərəfləri gərginliyi dərhal azaltmağa çağıraraq “yanğını söndürməyə” səsləyib.
09:57 10.04.2026
Oxunuş sayı: 46