Trampdan İrana çağırış: Hörmüz boğazında ödənişləri dayandırın
ABŞ prezidenti Donald Tramp İranı Hörmüz boğazından keçən neft tankerlərindən ödəniş almağı dayandırmağa çağırıb.
Crossmedia.az xəbər verir ki, Tramp sosial media hesabında etdiyi paylaşımda İranın Hörmüz boğazından keçən tankerlərdən rüsum aldığı barədə məlumatların mövcud olduğunu bildirib.
O qeyd edib ki, əgər bu iddialar doğrudursa, Tehran bu praktikaya dərhal son qoymalıdır.
“Əgər bunu etməsəydilər, yaxşı olardı, amma əgər edirlərsə, dərhal dayandırmalıdırlar”, – deyə vurğulayıb.
Qeyd edək ki, Hörmüz boğazı dünya neft ticarəti üçün strateji əhəmiyyət daşıyan əsas marşrutlardan biridir.
09:10 10.04.2026
Oxunuş sayı: 45