Netanyahu: Dayanmayacağıq
Livanda atəşkəs yoxdur.
Crossmedia.az xəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu deyib.
"Biz Hizbullaha güclü zərbələr endirməyə davam edirik və təhlükəsizliyimiz bərpa olunana qədər dayanmayacağıq"-deyə o qeyd edib.
Netanyahu bildirib ki, həm İranda, həm də şər oxuna qarşı əldə etdikləri möhtəşəm nailiyyətlər İsrailin regiondakı statusunda tarixi bir dəyişikliyə səbəb olub.
23:32 09.04.2026
Oxunuş sayı: 44