Ərdoğanla Pezeşkian İran ətrafındakı vəziyyəti müzakirə ediblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Crossmedia.az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.
Prezident Aparatının Kommunikasiya İdarəsinin sosial media hesabında yer alan açıqlamaya görə, liderlər atəşkəs və bölgədəki təhlükəsizlik vəziyyətini müzakirə ediblər.
Prezident Ərdoğan bildirib ki, Türkiyə müvafiq ölkələrlə birlikdə atəşkəsə aparan prosesdə intensiv səylər göstərib.
Ərdoğan qarşıdakı günlərdə başlayacaq danışıqlardan davamlı sülh və sabitlik üçün maksimum dərəcədə istifadə edilməli olduğunu, prosesi pozmaq istəyənlərə fürsət verməməyin vacibliyini və Türkiyənin yeni prosesdə dost ölkələrlə birlikdə hər cür töhfə verməyə hazır olduğunu vurğulayıb.
Türkiyə prezidenti qardaş İran xalqının itkilərinə görə başsağlığı və kədərini bir daha ifadə edib və Türkiyənin məqsədinin bölgədə yeni sağlam düşüncə və dialoq mühiti yaratmaq olduğunu bildirib.
22:37 09.04.2026
Oxunuş sayı: 44