İran Ali dini lideri cənub qonşularına müraciət edib
İranın ali dini lideri Müctəba Xamenei regiondakı vəziyyətlə bağlı açıqlamalar verib.
Crossmedia.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
O bildirib ki, İran cənub qonşularından qardaşlıq mövqeyi gözləyir və onlardan daha aydın reaksiya tələb edir.
Xamenei əlavə edib ki, Tehrana qarşı həyata keçirilən hücumlara görə hələ də təzminat gözlənilir və Hörmüz boğazı üzərində nəzarətin yeni səviyyəyə qaldırılması planlaşdırılır.
O vurğulayıb ki, İran müharibə istəmir, lakin öz hüquqlarından geri çəkilməyəcək.
22:26 09.04.2026
Oxunuş sayı: 42