Parlament seçkiləri ərəfəsində Ermənistanda siyasi zəlzələ baş verir
2026-cı ildə siyasi hadisələrin mərkəzində iş adamı Samvel Karapetyanın təşəbbüsü ilə yaradılan “Samvel Karapetyanla Güclü Ermənistan” alyansı dayanır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.
Son günlərdə bir sıra siyasi qüvvələr və şəxslər dəstəklərini və ya əməkdaşlıq etmək istəklərini bildiriblər.
Əvvəlcə “Güclü Ermənistan” partiyasının idarə heyətinin üzvü Narek Karapetyan “Yeni Dövr” partiyasının sədri Harutyun Harutyunyan və “Birləşmiş Ermənilər” partiyasının fəxri sədri və səlahiyyətli nümayəndəsi Nairi Sarkisyanla alyansın yaradılması haqqında memorandum imzalayıblar.
Memorandumu imzalayan siyasi partiyalar “Güclü Ermənistan” partiyasının siyasi gündəliyi və seçkiqabağı proqramı ətrafında birləşdiklərini və dövlətçiliyin möhkəmləndirilməsi, milli və mənəvi dəyərlərin qorunması, effektiv və hesabatlı idarəetmə, davamlı iqtisadi inkişaf, hüquqi və sosial ədalət və həmrəyliyin təmin edilməsi prinsipləri əsasında hərəkət edəcəklərini açıqlayıblar.
Qeyd olunur ki, yaranmaqda olan alyansın ideoloji əsası Samvel Karapetyanın irəli sürdüyü milli-dövlət və dəyər yanaşmaları ilə uyğundur və partiyalar bu ideoloji əsas ətrafında.
birləşməyə hazır olduqlarını bildirirlər.
Sonra "İrs" Partiyası seçkilərdə iştirak etməyəcəyini açıqladı və tərəfdarlarını Samvel Karapetyanın rəhbərlik etdiyi ittifaqa dəstək olmağa çağırdı.
Keçmiş baş nazir Hrant Baqratyanın rəhbərlik etdiyi Azadlıq Partiyası Karapetyanı dəstəklədiyini açıqladı.
22:05 09.04.2026
Oxunuş sayı: 45