Paşinyan: Sülh təhlükəsizliyin ən etibarlı təminatçısıdır
Sülh təhlükəsizliyin ən etibarlı təminatçısıdır.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Hər bir ölkənin öz daxili təhlükəsizlik sistemləri olmalıdır, amma təhlükəsizliyin anlayışı nə qədər geniş olsa, bir o qədər yaxşıdır”, - deyə Paşinyan Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat brifinqində bildirib.
“Məsələn, Ermənistan və Azərbaycan arasında sülh təhlükəsizlik təminatçısıdır, yoxsa yox? Əlbəttə ki, belədir. Bu sülh kimin arasında bağlandı? Ermənistan və Azərbaycan. Kimin üçün bağlandı? Hər biri özü üçün. Lakin bunu özü üçün bağlamaqla hər tərəf digəri üçün də müəyyən təhlükəsizlik mexanizmi yaratmış olur”, - deyə o bildirib.
21:55 09.04.2026
Oxunuş sayı: 45