Ermənistanın keçmiş XİN başçısı: Ölkəmiz KTMT-dəki üzvlüyünü qorumalıdır
Ermənistan Rusiya ilə effektiv təhlükəsizlik mexanizmləri hazırlamalı və KTMT və Aİİ-də üzvlüyünü qorumalıdır.
Crossmedia.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan deyib.
O qeyd edib ki, ölkənin təhlükəsizliyi üç komponentdən ibarət olmalıdır: güc balansı, çəkindirmə və zəmanətlər.
Ayvazyan əmindir ki, pozulmuş güc balansı bərpa olunmadan regionda uzunmüddətli sülh mümkün deyil.
20:30 09.04.2026
Oxunuş sayı: 44