ABŞ və İsrailin hücumları nəticəsində İranda ölənlərin SAYI AÇIQLANDI
ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlarda İranda 3 mindən çox insan həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin Məhkəmə Tibbi Ekspertizası Təşkilatının rəhbəri Abbas Məscedi "Mizan" agentliyinə verdiyi müsahibədə bildirib.
"Biz ölkə miqyasında düşmən zərbələri nəticəsində həlak olan 3 000-dən artıq şəxsin meyitini ailələrə təhvil vermişik.
Meyitlərin təqribən 40 faizini tanımaq qeyri-mümkün idi, lakin məhkəmə-tibbi ekspertiza qurumunun imkanları və ehtiyatlarından istifadə edilərək onların şəxsiyyəti müəyyənləşdirildi və mərhumların ailələrinə verildilər", - deyə o bildirib.
19:51 09.04.2026
Oxunuş sayı: 46