Zelenski: Putinlə neytral ərazidə görüşə hazıram
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlara hazırdır, lakin görüşün nə Moskvada, nə də Kiyevdə keçirilməsini məqsədəuyğun saymır.
Crossmedia.az-ın məlumatına görə, o, İtaliyanın RAI telekanalına müsahibəsində qeyd edib ki, tərəflər üçün uyğun olan neytral məkan Avropa və ya ABŞ-yə yaxın ərazilərdə müəyyən edilə bilər.
Zelenski həmçinin vurğulayıb ki, müharibə fonunda aparılan danışıqların istiqaməti və şərtləri ciddi müzakirə mövzusudur. Onun sözlərinə görə, bəzi təkliflər, o cümlədən Donbasla bağlı yanaşmalar Ukraynanın təhlükəsizliyi baxımından risklər yarada bilər və bu, Rusiyanın digər bölgələrə hücum imkanlarını genişləndirə bilər.
18:25 09.04.2026
Oxunuş sayı: 42