NATO: Tramp müttəfiqlərin mövqeyindən narazıdır
NATO-nun baş katibi Mark Rutte bildirib ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı mümkün müharibə məsələsində müttəfiqlərin dəstək vermək istəməməsindən narazıdır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
CNN telekanalına müsahibəsində Rutte qeyd edib ki, aprelin 8-də qapalı qapılar arxasında keçirilən görüşdə müzakirələr açıq və səmimi şəraitdə aparılıb. Onun sözlərinə görə, Tramp son həftələrdə baş verən hadisələrlə bağlı fikirlərini açıq şəkildə ifadə etsə də, detallara geniş toxunmayıb.
Baş katib əlavə edib ki, görüş zamanı Vaşinqtonun NATO-dakı gələcək rolu, həmçinin alyansın İranla bağlı mövqeyi ətrafında fikir mübadiləsi aparılıb.
17:23 09.04.2026
Oxunuş sayı: 43