İran Hörmüz boğazından keçən gəmilərin sayını məhdudlaşdıra bilər
İran Hörmüz boğazından keçən gəmi sayını gündə təxminən 10 gəmi ilə məhdudlaşdırmaq niyyətindədir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı "The Wall Street Journal" nəşri yayıb.
Qəzetin məlumatına görə, müharibədən əvvəl boğazdan gündə 100-dən çox gəmi keçirdi. Hazırda Tehran bu şərtləri vasitəçilərə çatdırıb və regionda ilişib qalmış gəmilərin keçməsi üçün əvvəlcədən icazə alınmasını tələb edir.
Atəşkəsdən sonra boğazdan yalnız dörd gəmi keçib ki, bu da aprel ayının ən az keçidi hesab olunur.
Hörmüz boğazında keçid gözləyən gəmilər arasında 425 neft və neft məhsulları daşıyan tanker və təxminən 20 mayeləşdirilmiş təbii qaz (LNG) gəmisi var. Bu vəziyyət, qlobal enerji tədarükündə mümkün gərginliklərə dair narahatlıqları artırır.
15:55 09.04.2026
Oxunuş sayı: 45