Qalibafdan ABŞ-ə xəbərdarlıq: Hər addımı izləyirik
İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ə sərt xəbərdarlıq edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, İran ABŞ-nin regiondakı bütün addımlarını, xüsusilə də qoşun yerləşdirmələrini diqqətlə izləyir.
Qalibaf qeyd edib ki, generalların pozduğunu əsgərlər düzəldə bilməz və əlavə edib ki, bu addımların nəticəsində hərbçilər İsrail Baş naziri Benyamin Netanyahunun “xəyallarının qurbanı” ola bilər.
O, həmçinin vurğulayıb ki, İran öz ərazisini müdafiə etməkdə qətiyyətlidir və bu əzmin sınağa çəkilməməsi barədə xəbərdarlıq edib.
19:12 25.03.2026
Oxunuş sayı: 62