Buşehr AES-də vəziyyət gərginləşir: Rusiya işçiləri təxliyə olunur
Rusiyanın "Rosatom" şirkəti Buşehr Atom Elektrik Stansiyasında çalışan əməkdaşlarının təxliyəsinin üçüncü mərhələsinə başladığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumata görə, bu qərar obyektin hədəfə çevrilə biləcəyi ilə bağlı artan narahatlıqlar fonunda qəbul edilib.
Şirkət stansiyadakı vəziyyətin mənfi istiqamətdə inkişaf etdiyini bildirib. Təxliyə olunanların sayı və prosesin detalları açıqlanmayıb.
19:05 25.03.2026
Oxunuş sayı: 50