Colani: İsraillə dostluğa açığıq

“Biz İsrail də daxil olmaqla, bölgədəki hər kəslə dostluğa açığıq".
Crossmedia.az xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri "Heyət Təhrir əş-Şam" (HTŞ) lideri və Suriyanın müvəqqəti lideri Əbu Məhəmməd əl-Colani deyib. O, İsrailin Livanda Hizbullaha qarşı etdiklərini kömək hesab edir:
"Əsəd rejimi, Hizbullah və İrandan başqa düşmənimiz yoxdur. İsrailin Livanda Hizbullaha qarşı etdikləri bizə çox kömək etdi. İndi qalanını biz özümüz həll edəcəyik”.
14:06 09.12.2024
Oxunuş sayı: 8679