Avstraliya İran vətəndaşları üçün müvəqqəti giriş məhdudiyyəti tətbiq edib
Avstraliyanın daxili işlər naziri Toni Bruk bildirib ki, etibarlı turist vizası olan İran vətəndaşlarının ölkəyə girişinə 6 ay müddətinə qadağa qoyulub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Nazir bu qərarın bəzi şəxslərin vizalarının müddəti bitdikdən sonra ölkədə qalması ilə bağlı narahatlıqlardan irəli gəldiyini qeyd edib.
Məlumata görə, tətbiq olunan məhdudiyyət yalnız ölkə xaricində turist vizası almış şəxslərə şamil olunur.
18:00 25.03.2026
Oxunuş sayı: 53