Nikol Paşinyanın açıqlamalarına sərt reaksiya
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan ölkənin baş naziri Nikol Paşinyanın müharibə ilə bağlı açıqlamalarını tənqid edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sarkisyan jurnalistlərə açıqlamasında Paşinyanın müxalifətin seçkilərdə qalib gələcəyi halda sentyabrda Azərbaycanla yeni müharibənin başlayacağı barədə iddialarını əsassız adlandırıb.
“Doğrudanmı?! Onlardan nə gözləmək olar? Ağlına gələni deyirlər”, – deyə o bildirib.
Sabiq prezidentin sözlərinə görə, bu cür bəyanatlar reallığı əks etdirmir və siyasi ritorikadan başqa bir şey deyil.
17:24 25.03.2026
Oxunuş sayı: 1497