Orban: Macarıstan Ukraynaya qaz tədarükünü dayandırıb
Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin Ukraynaya qaz tədarükünü dayandırdığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, bu qərar Drujba boru kəməri bərpa olunana qədər qüvvədə qalacaq.
Orbanın sözlərinə görə, Ukrayna neft tədarükünü bərpa etmədiyi müddətdə Macarıstandan qaz ala bilməyəcək:
“Ukrayna neft tədarük etmədiyi müddətcə Macarıstandan qaz almayacaq. Hazırda biz Ukraynadakı qaz anbarları əvəzinə Macarıstanın qaz anbarlarını doldururuq.”
Qərarın enerji sahəsində regionda gərginliyi artıracağı ehtimal olunur.
15:00 25.03.2026
Oxunuş sayı: 382