Fransa Prezidenti İrana çağırış etdi
Fransa Prezidenti Emmanuel Makron İran Prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Makron sosial şəbəkə hesabında yazıb.
Qeyd edib ki, İrana gərginliyin azaldılmasına yol açacaq və beynəlxalq ictimaiyyətin İranın nüvə və raket proqramları ilə bağlı gözləntilərinə cavab verə biləcək çərçivə yaratmaq üçün danışıqlarda xoş niyyətlə iştirak etməyə çağırıb.
Eyni zamanda, Fransa Prezidenti İrana həmvətənlərinin Fransaya qayıtmasına təcili yardım göstərməyə dəvət edib. Makron vurğulayıb ki, diplomatiya və dialoq regionda sabitliyin təmin olunmasında əsas rol oynayır.
12:55 25.03.2026
Oxunuş sayı: 44