Tramp: İran razılaşmağa hazırdır
ABŞ Prezidenti Donald Tramp İranla bağlı diqqətçəkən açıqlamalar verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, İranın razılaşma əldə etmək istəyi olduqca yüksəkdir:
“İranın nə qədər razılaşma əldə etmək istədiyini təsəvvür belə etmirsiniz”.
Trampın sözlərinə görə, Tehran nüvə silahı əldə etməyə can atmayacağına razılaşıb. ABŞ prezidenti həmçinin qeyd edib ki, İranda yeni lider qrupunun ortaya çıxması faktiki olaraq rejim dəyişikliyi deməkdir.
10:30 25.03.2026
Oxunuş sayı: 47