Aİ Rusiyadan neft qadağasını təxirə saldı
Avropa İttifaqı İran ətrafında yaranan gərginlik fonunda Rusiyadan neft idxalına qoyulan qadağanın tətbiqini təxirə salıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "L'AntiDiplomatico" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, qərarın əsas səbəblərindən biri Hörmüz boğazında gəmiçilik hərəkətinin dayanması ehtimalıdır. Qeyd olunur ki, bu marşrutun bağlanması qlobal enerji bazarında ciddi risklər yaradır.
Məlumata əsasən, artıq bu gərginlik fonunda Brent markalı xam neftin qiyməti bir barel üçün 100 dollardan yuxarı qalxıb. Ekspertlər hesab edir ki, belə şəraitdə Rusiyadan neft idxalının tam dayandırılması bazarda təklif çatışmazlığını daha da dərinləşdirə və qiymətlərin daha da artmasına səbəb ola bilər.
09:02 25.03.2026
Oxunuş sayı: 54