Zaxarova Yaxın Şərqdəki vəziyyətlə bağlı xəbərdarlıq edib
BMT və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) də daxil olmaqla beynəlxalq ictimaiyyət ABŞ və İsrailin Yaxın Şərqdə real fəlakət riski yaradan hərəkətlərinə dərhal obyektiv qiymət verməlidir.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
Bu açıqlamanı o, İranda uranın zənginləşdirilməsi müəssisələrinə edilən hücumlara cavab olaraq verilib.
Zaxarova vurğulayıb ki, bu cür addımlar regionda gərginliyi daha da artırır və ciddi nəticələrə səbəb ola bilər.
21:35 21.03.2026
Oxunuş sayı: 56