Putinin nümayəndəsi: Avropada enerji böhranı tezliklə özünü göstərəcək
Avropa İttifaqı (Aİ) və Böyük Britaniyada enerji və xammal qiymətlərinin artmasının yaratdığı enerji böhranı reallığın özünü göstərəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev deyib.
"Proqnozlaşdırıldığı kimi, Böyük Britaniya və Aİ-də yanacaq rasionu artıq yaxınlaşır. Hətta tənqidçilər də etiraf etməlidirlər ki, bütün proqnozlarım gerçəkləşir. Böyük Britaniya və Aİ-dəki siyasətçilər və media bunu etiraf etməkdə və işıqlandırmaqda gecikirlər - reallıqla ictimai məlumatlılıq arasındakı gecikmə 4-6 həftədir", - deyə o, X sosial media hesabında yazıb.
Onun sözlərinə görə, böhran təxminən 2-3 həftə ərzində Böyük Britaniya və Aİ-də özünü göstərəcək.
"Reallıq özünü göstərəcək", - deyə o əlavə edib.
O, bu şərhi "Times" qəzetinin redaktoru Stiven Svinfordun Yaxın Şərqdəki münaqişə neft tədarükünü pozmağa davam edərsə, Böyük Britaniya hakimiyyətinin yanacaq (benzin və dizel) rasionunu tətbiq etməyi düşündüyünü qeyd edən paylaşımına verib.
20:39 21.03.2026
Oxunuş sayı: 1527