Naməlum dronlar ABŞ hərbi bazası üzərində uçub
Onlarla naməlum dron bir həftə ərzində ABŞ hərbi bazası üzərində uçub.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Independent" qəzeti məlumat yayıb.
Bu, strateji bombardmançı təyyarələrin yerləşdiyi Luiziana ştatındakı Barksdeyl Hərbi Hava Qüvvələri bazasına aiddir.
ABŞ Hərbi Hava Qüvvələrinin məlumatına görə, martın 9-u və 15-i tarixlərində həssas ərazilər və aerodrom da daxil olmaqla, baza üzərində eyni vaxtda 12-15 dron peyda olub.
Dronlar bir neçə saat havada qalıb, elektron müharibə sistemləri tərəfindən sıxışdırılmayıb və qeyri-standart idarəetmə siqnallarından istifadə ediblər.
Onlar zərərsizləşdirilməyib və mənşəyi heç vaxt müəyyən edilməyib.
20:22 21.03.2026
Oxunuş sayı: 931