Yəmən ABŞ və İsrailə müharibə elan etdi
Yəmən Ənsarullah hərəkatı rəsmi olaraq İran tərəfdə münaqişəyə qoşulduğunu bəyan edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Hərəkat nümayəndələrinin yayımladığı bəyanatda Qırmızı dənizdə Amerika hərbi gəmilərinə hücum planlarından danışılır.
“Biz Qırmızı dənizdə Amerika gəmilərinə zərbələr endirəcəyik. Bu müharibə bütün ümmətin mübarizəsidir”, – onlar mesajda xəbərdarlıq ediblər.
Bundan əlavə, Ənsarullah “Fələstin-2” hipersəs balistik raketlərinin mövcudluğunu bəyan edib. Onların sözlərinə görə, raketlərin uçuş məsafəsi 2150 kilometrə qədərdir və sürəti 16 Maxta çata bilər.
19:36 21.03.2026
Oxunuş sayı: 1205