Müctəba Xameneinin harada olduğu bilinmir
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Mossad İranın yeni ali lideri Müctəba Xameninin izlərini axtarır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Bildirilir ki, Novruz şənlikləri zamanı kəşfiyyat qurumları onun ictimaiyyət qarşısına çıxıb-çıxmayacağını izləyib.
Lakin o, ənənəyə əməl edərək çıxış etməyib. ABŞ rəsmisinin sözlərinə görə, bu, ciddi xəbərdarlıq əlaməti kimi qiymətləndirilir.
Məlumata əsasən, ABŞ və İsrail Müctəbanın sağ olduğuna dair kəşfiyyat məlumatlarına malikdir. Lakin Tehranda real idarəetmənin kimdə olduğu hələ də qeyri-müəyyən qalır.
Ekspertlərin fikrincə, onun harada gizləndiyini müəyyən etmək mümkün deyil, lakin ehtimallara görə, o, ölkəni kölgədən idarə edir.
19:06 21.03.2026
Oxunuş sayı: 47