Tramp Yaxın Şərqdə hərbi əməliyyatların azaldıla biləcəyinə işarə edib
ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə hərbi əməliyyatların azaldılması ehtimalına işarə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, ABŞ və müttəfiqlərinin regiondakı fəaliyyətini yenidən qiymətləndirdiyini və mümkün diplomatik addımların nəzərdən keçirildiyini vurğulayıb. Trampın sözlərinə görə, regionda sülh və sabitliyin bərqərar olması üçün müvafiq strateji qərarlar yaxın gələcəkdə açıqlana bilər.
16:55 21.03.2026
Oxunuş sayı: 220