ABŞ Qeşm adasına zərbələr endirdi
ABŞ Hərbi Hava Qüvvələri ABŞ Hörmüz boğazındakı Qeşm adası üzərində zərbələr həyata keçirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Peyk görüntüləri zərbələrin nəticələrini göstərir.
Məlumata görə, aerodrom ərazisində dronlar üçün bazalar və buraxılış meydançaları məhv edilib. Uçuş-enmə zolağı və perronlarda da zərbə izləri qeydə alınıb.
SEPAH-ın Hərbi Dəniz Qüvvələrinə aid bazada yerüstü infrastruktur və pirsələr qismən dağıdılıb, lakin yeraltı əsas kompleksə ciddi təsir göstərilməyib. Baza sahil batareyası və sürətli katerlər üçün istifadə olunur.
Adada gəmiqayırma zavodu da yerləşir, ancaq onun zərbələrdən təsirlənib-təsirlənmədiyi hələlik məlum deyil.
14:39 21.03.2026
Oxunuş sayı: 48