İran Yaponiyaya Hörmüz boğazından keçidə icazə verə bilər
İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, Yaponiyaya məxsus gəmilərin Hörmüz boğazı vasitəsilə keçməsinə icazə verilə bilər.
Crossmedia.az xəbər verir ki, bu açıqlama "Bloomberg" nəşrinin “Kyodo” agentliyinə istinadən verdiyi xəbərdə yer alıb.
Əraqçı bəyanatı Yaponiya rəsmiləri ilə keçirdiyi danışıqlardan sonra mediaya müsahibəsində səsləndirib.
Bildirilir ki, Yaponiya enerji təchizatında Yaxın Şərq neftinə ciddi şəkildə asılıdır və bölgədə artan gərginlik fonunda artıq neft ehtiyatlarının bir hissəsini istifadəyə verib.
Bundan başqa, ABŞ Prezidenti Donald Tramp Tokionu Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasına töhfə verməyə çağırıb.
14:17 21.03.2026
Oxunuş sayı: 52