İran 4 min km uzaqlıqdakı bazaya raket atıb? – KİV-dən iddia
İran Hind okeanında yerləşən Dieqo Qarsiya hərbi bazasına iki ballistik raket atıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Hesabatda bildirilir ki, raketlərdən biri texniki nasazlıq səbəbilə hədəfə çatmayıb, digəri isə ABŞ-nin SM-3 raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.
Məlumata görə, bu iddialar təsdiqlənərsə, ciddi suallar doğurur. Belə ki, İran ərazisindən Dieqo Qarsiya bazasına məsafə təxminən 4 min kilometr təşkil edir. Bu isə İranın rəsmi açıqlanan ballistik raketlərinin maksimal uçuş məsafəsindən xeyli çoxdur.
Hərbi ekspertlər hesab edir ki, bu məsafənin qət edilməsi ya yeni, açıqlanmayan texnologiyaların mövcudluğunu, ya da raketlərin fərqli platformalardan buraxıldığını göstərə bilər.
Qeyd edək ki, Dieqo Qarsiya ABŞ və Böyük Britaniyanın Hind okeanındakı ən strateji hərbi obyektlərindən biri hesab olunur.
11:00 21.03.2026
Oxunuş sayı: 55