Şri-Lanka həm ABŞ, həm də İranın hərbi müraciətlərini rədd edib
Şri-Lanka prezidenti Anura Kumara Dissanayake ölkəsinin Yaxın Şərqdə artan gərginlik fonunda neytral mövqeyini qoruduğunu açıqlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Prezident bildirib ki, ABŞ tərəfi mart ayının əvvəlində hər biri 8 ədəd gəmiəleyhinə raketlə təchiz olunmuş iki döyüş təyyarəsinin Mattala Rajapaksa International Airport ərazisində yerləşdirilməsi üçün rəsmi müraciət edib. Lakin Kolombo bu istəyi qəbul etməyib.
Dissanayakenin sözlərinə görə, eyni dövrdə İran da martın 9-dan 13-dək 3 hərbi gəmisinin Şri-Lanka limanlarına daxil olması üçün icazə istəyib. Bu müraciətə də mənfi cavab verilib.
Prezident vurğulayıb ki, hər iki qərar ölkənin tam neytrallığını qorumaq və regional gərginliklərdən kənarda qalmaq məqsədi daşıyır.
22:32 20.03.2026
Oxunuş sayı: 48