İraqlı nazir: Ceyhan limanına gedən köhnə boru kəmərinin fəaliyyəti bərpa ediləcək
İraq bir həftə ərzində Kərkükdən Türkiyənin Ceyhan limanına gedən köhnə boru kəmərinin fəaliyyətini bərpa edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə İraqın neft naziri Hayyan Əbdül Qani bildirib.
Nazir video müraciətində bildirib ki, Kərkükdən neft nəqli üçün nəzərdə tutulan İraq-Türkiyə boru kəmərinin ötürmə qabiliyyəti gündə 200.000-250.000 bareldir və hazırda son yoxlama və yenidənqurma işləri aparılır.
O əlavə edib ki, boru kəmərinin yenidən açılması üçün hidrostatik sınaqlar bir həftə ərzində başa çatdırılmalıdır.
18:56 16.03.2026
Oxunuş sayı: 54