Deputatlar xəritədə İranı TAPA BİLMƏDİLƏR
Avropa Parlamentinin deputatları “Quotidien” televerilişinin efirində ölkə adları göstərilməyən xəritədə İranın yerini tapa bilməyiblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Martın 2-də Strasburqda keçirilən AP iclasının kuluarlarında yayımlanan efirdə bir neçə deputat İranı Bolqarıstan, Türkiyə, Əfqanıstan və Səudiyyə Ərəbistanı ilə səhv salıb.
Avropa Parlamentinin Avropa Ekologiyası üzrə katibi Devid Kormand şərhində bildirib:
“Biz doğulan kimi hər şeyi bilmirik. Əlimizdən gələn hər şeyi edirik, hələ öyrənməli olduğumuz çox mövzu var. Biz gəzən ensiklopediya deyilik, amma hadisələrdən xəbərdar olmaq üçün əlimizdən gələni edirik”.
Bu hadisə deputatların coğrafi biliklərinə dair müzakirələri yenidən gündəmə gətirib.
17:37 16.03.2026
Oxunuş sayı: 43