İranın hüquq-mühafizə orqanları dünən “casusluqda” şübhəli bilinən yüzlərlə şəxsi saxlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İran Polis Komandanlığının rəisi Əhmədrza Radan açıqlamasında bildirib ki, təhlükəsizlik qüvvələri “düşmən”lə əməkdaşlıqda şübhəli bilinən ən azı 500 nəfəri həbs edib.
Onun sözlərinə görə, saxlanılan şəxslərin təxminən 250-si ölkə daxilində müxtəlif hədəflər barədə məlumat toplamaq və ötürməkdə, bəzi qruplarla əlaqə saxlamaqda, həmçinin ictimai asayişi pozmağa cəhd göstərməkdə şübhəli bilinib.
Polis rəisi əlavə edib ki, əməliyyatlar nəticəsində düşmənə və İran əleyhinə fəaliyyət göstərən mediaya məlumat ötürən şəxslər müəyyən edilərək tutulub.
Bu addım İran-da casusluq və təhlükəsizlik məsələlərinə qarşı mübarizənin davam etdiyini göstərir.