Aİ-də qalmaqal: Borrell fon der Leyen-i hakimiyyət sui-istifadəsində ittiham etdi
Avropa İttifaqının keçmiş xarici işlər naziri Josep Borrell Avropa Komissiyasının sədri Ursula fon der Leyeni tənqid edərək, onu səlahiyyətlərindən sui-istifadə etməkdə və ABŞ siyasətini dəstəkləməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Onun sözlərinə görə, Aİ Vaşinqtonu İran da daxil olmaqla beynəlxalq hüququn pozulmasına görə məsuliyyətə cəlb edə bilməyib. Borrell həmçinin ABŞ-nin İrana qarşı müharibəsini qeyri-qanuni elan edib və fon der Leyen ilə ABŞ-la bağlanmış ticarət paktını rədd etməyə çağırıb.
16:10 16.03.2026
Oxunuş sayı: 1268