İsrailin zərbəsi nəticəsində İranın iki yüksək rütbəli kəşfiyyat zabiti öldürülüb
İsrail Müdafiə Qüvvələri bildirib ki, Tehran ətrafına endirilən hava zərbəsi nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargahı Kəşfiyyat İdarəsinin iki yüksək rütbəli zabiti öldürülüb.
Məlumata görə, söhbət Abdulla Cəlali-Nəsəb və Əmir Şəriətdən gedir.
İran mediası general-mayor Abdulla Cəlali-Nəsəbin öldürüldüyünü təsdiqləyib.
Bildirilir ki, hər iki zabit müharibənin ilk günü İsrailin ilkin zərbəsi zamanı öldürülən Saleh Əsədinin – Baş Qərargah Kəşfiyyat rəisinin müavininin yerinə təyin olunmuşdu.
11:03 15.03.2026
Oxunuş sayı: 46