Bəzi ölkələr Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə hazırdır -Tramp
ABŞ prezidenti Donald Tramp bir neçə ölkənin Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsində iştirak etməyə hazır olduğunu deyib.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
"Onlar nəinki hazırdırlar, həm də bunun əla bir fikir olduğunu düşünürlər. Biz boğazı tamamilə təmizləyəcəyik və əminik ki, çətinlik çəkən və bəzi hallarda neft ala bilməyən digər ölkələr də bizə qoşulacaqlar", - Tramp bildirib.
Lakin Tramp boğazda təhlükəsizliyin təmin olunmasında iştirak etmək istəyən ölkələrin adlarını çəkməkdən imtina edib.
10:00 15.03.2026
Oxunuş sayı: 50