Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran raket hücumundan sonra ölkəsini hər hansı təxribat və müharibəyə sürükləyəcək planlara qarşı xəbərdar edib.
Crossmedia.az bu barədə türk mediasına istinadən xəbər verir.
Ərdoğan bildirib ki, Türkiyə bu cür təxribatlara aldanmayacaq və ölkə çox ayıqdır. O, hökumətin uzun illərə söykənən dövlət idarəçiliyi təcrübəsi və böhranların idarə olunmasında qazandığı bacarıqların regiondakı mürəkkəb proseslərdə ölkə üçün əsas bələdçi olduğunu vurğulayıb.
Prezident həmçinin qeyd edib ki, 23 illik idarəçilik təcrübəsi və Türkiyə dövlət müdrikliyi mövcud gərgin şəraitdə düzgün qərarların verilməsində mühüm rol oynayır.
Ərdoğan vətəndaşlara müraciət edərək onları təmkinli olmağa çağırıb və sabitliyin qorunmasının vacibliyini önə çəkib.