İsrail İranı Avropadakı sinaqoqlara edilən hücumlarda günahlandırdı
İsrail İranı Avropada sinaqoqlara edilən hücumlarda iştirak etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
İsrail Xarici İşlər Nazirliyinin məlumatına görə, son vaxtlar Avropada baş verən iki hücum İranla əlaqəli ola bilər. Bunlar Belçikanın Liej şəhərindəki sinaqoqun bombalanması və Niderlandın Rotterdam şəhərindəki sinaqoqda qəsdən törədilən yanğındır.
Bəyanatda bildirilir ki, hücumlara görə məsuliyyəti Əl-Fəqar qruplaşması öz üzərinə götürüb. Nazirlik qeyd edib ki, Əl-Fəqarın simvolizmi Husi militant qrupu Ənsarullahın embleminə bənzəyir.
İsrail Xarici İşlər Nazirliyi İran rejiminin bu qruplaşmaya dəstək verdiyini iddia edir və Avropadakı təhlükəsizlik orqanlarını xəbərdar edib.
12:40 14.03.2026
Oxunuş sayı: 217